ASELSAN-ın "Saka" PUA-sında süni zəkadan istifadə ediləcək... - HƏRBİ EKSPERT

Texnologiya 6 İyun 2021 14:35 Oxunub 1024
ASELSAN-ın "Saka" PUA-sında süni zəkadan istifadə ediləcək... - HƏRBİ EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az xəbər verir ki, ASELSAN şirkəti kütləsi 500 qramdan az olan "Saka" PUA-sını ilin sonuna qədər vəzifələrini yerinə yerinə yetirmək üçün tam hazır vəziyyətə gətirməyi planlaşdırır. PUA müxtəlif avtonom imkanları ilə fərqli təyinatlara görə modernləşdirilə bilən arxitekturaya və radioelektron mübarizə təhdidlərinə davamlı xüsusiyyətlərə malik olmaqla bərabər sürü şəklində fəaliyyət göstərə biləcək. 
ASELSAN tərəfindən kəşfiyyat və müşahidə üçün hazırlanan mikro PUA artıq uçuş sınaqlarını müvəffəqiyyətlə həyata keçirdi. Hazırda şirkət PUA-nın hava, quru və dəniz sistemləri üzərində çalışır. "Saka" pilotsuz vasitələrinin layihəsi şirkətin öz mənbələri hesabına həyata keçirir. Kəşfiyyat və müşahidə məqsədi ilə inkişaf etdirilən 4 rotorlu "Saka" PUA-sı ilkin mərhələdə 600 qram kütləyə malik olub.
Layihənin ilkin fazası çərçivəsində şirkət özünün avtopilot sistemini,  idarəetmə konsolunu, qatlanan qanadları və dəyişdirilə bilən batareyaya malik kompakt PUA platforması hazırlandı. Bundan sonra isə şirkət PUA-ya özünün hazırladığı proqram təminatını  inteqrasiya edərək uçuş sınaqlarını uğurla həyata keçirdi. 

İkinci faza çərçivəsindəki fəaliyyətlər isə özündə alt sistemlərin, avtopilotun, uçuşa nəzarət və idarəetmə sisteminin, görüntü emalı blokunu və məlumat-əlaqələndirmə sistemini milliləşdirilməsini birləşdirdi. Bu fəaliyyətlər nəticəsində PUA-nın istehsalında xarici asılılıq minimuma endirildi. Şirkət PUA kütləsini 500 qrama qədər azaltmaqla, onun  imkanlarını gələcəkdə daha yüngül və daha kiçik platformalarla həyata keçirməyi hədəfləyir. Şirkət hədəflərin aşkarlaması və izlənilməsində, qapalı məkanlarda görüntü əldə etmək məqsədli tapşırıqları yerinə yetirilməsində avtonom imkanlar əldə etmək üçün fəaliyyətlərini daim genişləndirir. 

Tunellərdə, sığınacaqlarda və mağaralarda detallı kəşfiyyat və müşahidə aparmaq məqsədilə "Saka" PUA-ları, ASELSAN şırkətinin inkişaf etdirdiyi zirehli və yüngül zirehli nəqliyyat vasitələrinə yerləşdirilməsi və inteqrasiyası da nəzərdə tutulur. Bu həmin vasitələrə daha uzaq məsafədən ərazi haqqında kəşfiyyat məlumatları əldə etməyə, yolların vəziyyəti və mövcud döyüş-əməliyyat şəraiti barədə bilgilərə malik olmağa imkan verəcək. "Saka" PUA-sının minimum uçuş müddəti 25 dəqiqə, rabitə məsafəsi 2 km-dir.

Şirkət yuxarıda qeyd olunan ehtiyacları ödəyən, fərqli quru platformalarına inteqrasiya olunan və pilotsuz vasitəyə insan müdaxiləsinə ehtiyac olmadan avtomatik olaraq havaya qalxmasına imkan yaradan mexanizmlə bağlı dizayn işlərini davam etdirir. Yerli şirkətlərlə məlumat ötürmə sistemi və yerüstü idarəetmə stansiyasının proqram təminatının təkmilləşdirilməsi üzrə ortaq fəaliyyətlər davam edir.

Şirkət Türkiyə güc struturlarının mövcud ehtiyaclarını nəzərə almaqla müxtəlif vəzifələrin yerinə yetirilməsi üçün fərdi qaydada təchiz edilə bilən, milli proqram təminatlı uçuşa nəzarət sisteminə və yerüstü idarəetmə stansiyasına malik milli məhsul istehsal etməklə, idxal edilən xarici məhsullara qarşı rəqabət aparmağa və idxaldan asılılığı azaltmağa hazırlaşır. Başa çatan sınaqlar göstərir ki, ASELSAN bu ilin sonuna qədər ilk dəfə yerli və milli imkanlarla müstəqil olaraq hazırladığı və istehsal etdiyi PUA-nı Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verəcək. 
 
Bununla da ASELSAN ilk dəfə avtonom rejimdə fəaliyyət göstərən, uçuşa nəzarət, məlumat mübadilə və görüntü emalı blokuna malik 500 qramlıq mikro PUA istehsalçısı kimi adını müdafiə sənayesi tarixinə yazdıracaq. PUA-nın imkanları süni zəka elementlərindən istifadə sayəsində genişləndirilməsi də gözlənilir. Türkiyənin KARGU-2  PUA-sının Liviyada tətbiqi nəticəsində ilk dəfə  PUA-nın şəxsi təşəbbüsü ilə, operatorun idarəetməsi olmadan Xəlifə Həftərə sadiq Liviya Milli Ordusunun üzvlərini təqib edərək onları məhv məhv etməsinə dair faktlar süni zəka tətbiqinə dair iddiaların əsaslı olduğunu göstərir.

Sürü konsepsiyasına uyğunlaşdırıla bilən konstruksiyaya malik  yerli və milli "Saka" PUA-sının kəşfiyyat və müşahidə fəaliyyəti nəticəsində Türkiyə Silahlı Qüvvələrinin döyüş və əməliyyat səmərəliliyini bir qədər də artırmaq mümkün olacaq. Onun seriya istehsalında ASELSAN, çox rotorlu PUA sahəsindəki təcrübəsi olan yerli "DASAL Aviation Technologies" şirkəti ilə birgə çalışacağı gözlənilir.

PUA-nın kiçik ölçüləri, hərbi geyim formasının çibində daşınması, mağara və bənzər qapalı məkanlarda vəzifələrini icra etməsi, qısa müddətdə istifadəyə hazır olması, onu digər rəqiblərindən fərqləndirən üstün cəhətləridir. Şirkətin Azərbaycan ilə sıx əlaqələrə malik olması, onun istehsal etdiyi məhsulların, o cümlədən tamamilə yerli və milli imkanlarla hazırlanan "Saka" PUA-larının zərurət yaranacağı halda ölkəmizə ixracı mümkündür. 
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh