Avropa İttifaqı avtomobillərdə istifadə edilən bu texnologiya QADAĞAN EDİR

Avropa İttifaqı (Aİ) avtomobil sahiblərinin geniş istifadə etdiyi bir texnologiyaya veto qoyub. Uzun müddətdir müzakirə mövzusu olan bu yenilik Aİ-nin son qərarı ilə ciddi maneələrlə üzləşəcək.
Avtosfer.az xəbər verir ki, Avropa Birliyi avtomobillərdə artıq standart halına gəlmiş bir texnologiyadan imtina edərək avtomobil sənayesində böyük dəyişikliklər etməyi planlaşdırır.
Son illərdə sektorda baş verən yeniliklər, avtomobil sənayesində gərginliyi artırıb. Müxtəlif islahatlar həyata keçirilsə də Aİ vətəndaşları arasında tam razılıq əldə olunması çətinləşib. Bu dəyişikliklərin əsas məqsədi avtomobil texnologiyası və istifadə vərdişlərində əhəmiyyətli transformasiya yaratmaqdır.
Aİ-nin qəbul etdiyi qanunlardan biri avtomobil istehsalçılarının 2035-ci ildən etibarən yalnız elektrikli avtomobillər istehsal etmələrini tələb edir. Lakin elektrik avtomobillərinin bazarda hələ tam qəbul olunmaması bu qərarın mübahisəli və bölücü olmasına səbəb olub. Qanun keçid prosesinin necə idarə olunacağı ilə bağlı bir sıra suallar doğurur və sənaye iştirakçılarının tənqidlərinə məruz qalır.
Bundan əlavə, Avropa İttifaqı karbon emissiyalarına dair qanunları sərtləşdirərək emissiya həddini hər kilometr üçün 95 qramdan aşağı endirib. Lakin bu tələblərin real və əlçatan olmadığı bildirilir. Bir çox avtomobil istehsalçısı bu tələblərə cavab vermək üçün Tesla ilə əməkdaşlığa başlayıb ki, bu da sektorda balansı pozaraq narahatlıqlar yaradıb.
Digər tərəfdən, ABŞ və Çin süni intellektlə işləyən avtomobil sistemlərinin inkişafı üçün mübarizə apararkən, Avropada əsas müzakirə mövzusu avtomobillərdə toxunma ekranlarının istifadəsidir. Auto.everyeye.it-in məlumatına görə, sensor ekranlar ciddi təhlükəsizlik riskləri yaradır və yol qəzalarının əsas səbəblərindən birinə çevrilə bilər. Bu ekranların diqqəti yayındırması sürücülərin reaksiya vaxtını gecikdirir və qəzalara səbəb ola bilər.
Sensor ekranların həmişə dərhal cavab verməməsi də əlavə təhlükə yaradır. Fiziki düymələrdən istifadə edildikdə isə əmrin uğurlu olub-olmadığını anlamaq daha asan olur. Məhz bu səbəbdən “EuroNCAP”ın tövsiyələrini nəzərə alan Aİ 2026-cı ildən etibarən sensor ekranların istifadəsini məhdudlaşdıran yeni qaydalar tətbiq etməyi planlaşdırır.
Hələlik gələcək qərarların nə olacağı bəlli deyil, lakin bu məsələ müzakirələrin mərkəzində qalmaqda davam edir.
Eltac Zülfüqaroğlu
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











