Reklam

Avropada kütləvi üz skanı və sosial reytinq sistemləri olmayacaq

Texnologiya 11 Oktyabr 2021 17:20 Oxunub 822
Avropada kütləvi üz skanı və sosial reytinq sistemləri olmayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

    Avropa Parlamentinin deputatları səs çoxluğu ilə Avropa Birliyi regionundakı ictimai yerlərdə insanların üzlərinin skan texnologiyalarının tam və ya daimi qadağan olunmasınn vacibliyi üzrə qətnaməni qəbul ediblər. Belə ki, bu cür texnologiyalar özəl həyatın toxunulmazlığını və insan hüquqlarını pozurlar. Həmçinin sosial reytinq üzrə istənilən sistemlərin yaradılmasına və alqoritmlərin məhkəmə sahəsində istifadə olunmalarına da qadağa tətbiq olunmalıdır. Bundan əlavə olaraq Avropa Parlamenti üzlərin skan olunması üzrə özəl məlumatlar bazasının istifadəsini və davranış məlumatları əsasında qanun pozuntularının proqnozlaşdırılması üzrə olan bütün sistemləri qadağan etmək istəyir. Üzlərin skan olunması üzrə özəl məlumatlar bazasına misal olaraq ABŞ-n Clearview adlı startapının süni zəka texnologiyası gətirilib.

    Bu texnologiya bəzi Avropa ölkələrinin polisləri tərəfindən istifadə olunur. Hələ bu ilin aprel ayında Avropa Komissiyası yüksək risk səviyyəsinə sahib süni zəka texnologiyalarının istifadəsinin nizamlanması üzrə qanun layihəsini təqdim etmişdi. Təqdim edilmiş qanun layihəsi sosial qiymətləndirmənin və ictimai yerlərdə uzaqdan biometrik müşahidə sistemlərinin qadağan olunmasını özündə birləşdirir. Lakin məlumatların qorunması üzrə Avropa ŞurasıAvropa Nəzarət Orqanı və Avropa Parlamentinin bəzi deputatları həmin qanun layihəsinin lazımi səviyyədə işlənib hazırlanmadığına qərar vermişdilər. Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamənin uzaqdan biometrik müşahidə hissəsində Avropa Komissiyasının bu çağırışı yer alıb:

İctimai yerlərdə kütləvi izlənməyə gətirib çıxardan hüquq-mühafizə məqsədləri üçün biometrik məlumatların (üz təsvirləri də daxil olmaqla) istənilən emalı qadağan olunmalıdır. Avropa Komissiyası ictimai yerlərdə kütləvi izlənməyə səbəb ola biləcək biometrik tədqiqatların maliyyələşdirilməsini və bu cür proqramların istifadəyə verilməsini qadağan etməlidir.

    Bununla yanaşı vətəndaşların etibarlıqlarının qiymətləndirilməsi üçün onların davranışları və şəxsiyyətləri əsasında istənilən sosial reytinq sisteminin yaradılması da həmçinin qadağan olunmalıdır. Qəbul edilmiş qətnamə həmçinin alqoritmik qərəzlik ilə mübarizəyə istiqamətlənib və süni zəka tərəfindən ola biləcək istənilən diskriminasiyanın qarşısını almaq məqsədilə alqoritmlərin çalışmaları üzərində ciddi nəzarət üçün insan faktorunun olmasını tələb edir. Avropa Parlamentinin deputatları razıdırlar ki, yekun qərarı həmişə insan verməlidir. Onlar bildiriblər ki, süni zəka əsasında olan sistemlər tərəfindən idarə olunan subyektlər hüquqi müdafiə vasitələrinə sahib olmalıdırlar.

Qətnaməyə əsasən süni zəka əsasında identifikasiya sistemlərindən istifadə edən alqoritmlər çox zaman etnik azlıqları, LGBT şəxsləri, yaşlıları, qadınları düzgün şəkildə təyin edə bilmirlər və əsas insan hüquqlarına riayətin təmin olunması üçün bu alqoritmlər şəffaf, izlənməli olmalı və lazımi səviyyədə sənədləşdirilməlidirlər.

    Avropa Parlamentinin qətnaməsi həmçinin məhkəmə qərarlarının qəbulu zamanı süni zəka köməkçilərinin istifadəsini də qadağan etməyə çağırır. Belə ki, bu cür alqoritmlərin məhkəmə sisteminə inteqrasiya olunmaları cəhdi nəticəsində (ilk növbədə məhkumların vaxtından əvvəl azad edilmələri barəsində qərarların verilməsi zamanı) süni zəka tərəfindən milli azlıqların çoxlu sayda diskriminasiya halları müşahidə edilib. Avropa Parlamenti həmçinin Avropa Birliyinin dövlət orqanlarını mümkün olan bütün sahələrdə açıq mənbəli koda sahib proqram təminatlarından istifadəyə çağırıb.

    Qətnamənin qəbul edilməsinə fikir bildirən zaman məruzəçi Petar Vitanov bunları söyləyib. “Əsas hüquqlar qeyd-şərtsizdir. Biz ilk dəfə olaraq hüquq-mühafizə məqsədlərində üzlərin skan sistemlərinin istifadəyə verilməsi məsələsinin moratoriumuna çağırış edirik. Belə ki, bu texnologiya effektiv deyil və çox zaman diskriminasiyalı nəticələrə gətirib çıxardır. Biz, süni zəkanın istifadəsinə əsaslanan proqnozlaşdırılmış polis fəaliyyətinə və kütləvi izlənmə üçün biometrik məlumatların istənilən emalına qəti şəkildə qarşıyıq. Bu, bütün Avropa vətəndaşları üçün böyük qələbədir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh