Avstraliyada dünyanın ən böyük radioteleskopu inşa edilir

Texnologiya 7 Dekabr 2022 00:00 Oxunub 1790
Avstraliyada dünyanın ən böyük radioteleskopu inşa edilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avstraliyanın qərbində dünyanın ən böyük radioteleskopu olan “Square Kilometre Array”ın (SKA) tikintisinə başlanılıb.

Layihə 30 ildən artıqdır ki, hazırlıq mərhələsindədir. Bu, 21-ci əsrin ən böyük elmi layihəsi hesab olunur.

Teleskop alimlərə dünyanın quruluşunu, ulduzların və qalaktikaların yaranma şəraitini və vaxtını daha yaxşı anlamağa kömək etməlidir.

Bundan əlavə, ondan qaranlıq enerjini, kainatın genişlənməsini öyrənmək və yerdən kənar həyatın izlərini axtarmaq üçün istifadə etmək planlaşdırılır.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh