Aydan gələn kosmik aparat bu ölkəyə düşəcək

NASA dekabrın 11-də ABŞ sahillərində deyil, Meksikanın Aşağı Kaliforniya əyalətindəki Qvadalupe adasının yaxınlığında Yerə enəcək Orion kosmik gəmisinin yerini dəyişib.
Yeni eniş sahəsi əvvəl planlaşdırılandan yerdən təxminən 550 kilometr cənubda yerləşir. Kosmik gəminin eniş yerinin köçürülməsinə səbəb kimi San Dieqo yaxınlığında hava şəraitinin dəyişməsi göstərilir.
Uçuş adı “Artemis 1” olan missiyanın rəhbəri Mayk Sarafinin sözlərinə görə, proqramın prioritetlərindən biri saatda təxminən 40 min kilometr sürətlə Yer atmosferinə daxil olan Orion sistemlərinin performansını yoxlamaqdır.
Dekabrın 5-də “Orion” kosmik gəmisi “Artemis 1” missiyası çərçivəsində ikinci və sonuncu dəfə Ayın səthindən təxminən 130 kilometr yüksəklikdə uçaraq altı gün ərzində Yerə qayıtmaq üçün manevr edib.
Noyabr ayında NASA bildirmişdi ki, Orion Ay ətrafında dərin retrograd orbitə daxil olmaq üçün manevri tamamlayıb.
(lent.az)
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ











