Azərbaycan kibertəhlükəsizliklə bağlı beynəlxalq indeksdə 34 pillə irəliləyərək 52-ci yerə yüksəlib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir. Bu istiqamətdə zəruri fəaliyyətlərin həyata keçirilməsi və nəticədə əldə olunan uğurlar xüsusi önəmə malikdir.
Assosiasiyadan Avtosfer.az-a bildiriblər ki, rəqəmsal inkişaf və kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən uğurlu fəaliyyətlər AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində Azərbaycanın qlobal mövqeyinin daha da yaxşılaşmasına səbəb olub. Nəticədə kibertəhlükəsizlik sahəsində 161 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin (National Cybersecurity Index - https://ncsi.ega.ee/) reytinq cədvəlində Azərbaycan Respublikası 34 pillə qalxaraq 86-cı yerdən 52-ci yerə irəliləyib. Bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hazıradək qazandığı ən yüksək mövqe hesab olunur. Həmin reytinq cədvəlində qonşu Gürcüstanın 50-ci, Ermənistan isə 90-cı yerdə olduğu qeyd edilir.

Estoniyanın “Elektron İdarəçilik Akademiyası Fondu" tərəfindən hazırlanan və təkmilləşdirilən Milli Kibertəhlükəsizlik İndeksi, kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kibertəhlükəsizliyin bütün sahələrdə inkişaf etdirilməsi, xüsusilə kritik informasiya infrastrukturlarının kibermüdafiə qabiliyyətinin gücləndirilməsinin ölkəmiz üçün son dərəcə önəmli məsələlər sırasında olduğunu, həmçinin Azərbaycanda kibertəhlükəsizliklə bağlı görülən mühüm işlərlə yanaşı, gələcəkdə də bu sahənin inkişafına böyük önəm veriləcəyi dəfələrlə qeyd edilib. Kibertəhlükəsizliyin hər zaman Azərbaycanın gündəliyində olduğunu və bütün ölkələrin bu sahədə hazırlıqlı olmasını qeyd edən Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafına yönəlik ciddi addımların atılması barədə müvafiq tapşırıqlar verilib.

Bu yanaşma və kibertəhlükəsizliyin təmin edilməsi zərurəti bu gün Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində ən vacib çağırışlardan birinə çevrilib. Bu çağırışlara uyğun fəaliyyətlər bir sıra səlahiyyətli qurumlar, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən icra olunmaqda və Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki potensialı inkişaf etdirilməkdədir.
Ölkəmizin tanınmış beynəlxalq reytinq cədvəlində mövqeyi ilə aşağıdakı keçidlər vasitəsilə ətraflı tanış ola bilərsiniz:
1. Ümumi siyahı: https://ncsi.ega.ee/ncsi-index/
2. Azərbaycan Respublikasının mövqeyi: https://ncsi.ega.ee/country/az/
https://ncsi.ega.ee/country/az/?pdfReport=1
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











