Azərbaycana zəlzələləri qeydə alan yeni cihazlar gətirildi - VİDEO

Texnologiya 6 İyun 2021 23:18 Oxunub 1568
Azərbaycana zəlzələləri qeydə alan yeni cihazlar gətirildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə seysmik stansiyaların sayı artırılır. Bu məqsədlə 22 yeni cihaz alınıb. Cihazlar müxtəlif məntəqələrdə quraşdırılacaq. Yeni cihazlar vasitəsi ilə seysmik ərazilərin öyrənilməsi imkanları genişlənəcək. Yeni  şəbəkə sisteminin yaradılması işləri 2022-ci ildə tam yekunlaşacaq.

Yeraltı təkanları qeydə almaq üçün ölkəmizə 22 yeni cihaz gətirilib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib.Onun sözlərinə görə yeni cihazların quraşdırılacağı yerlər artrıq müəyyənləşdirilib. 

Qurban Yetirmişli vurğulayıb ki, seysmik şəbəkənin genişləndirilməsi və yeni cihazların quraşdırılması sayəsində yerin altında baş verən ən xırda tektonik prosesləri izləmək mümkün olacaq.

Qurban Yetirmişli qeyd edib ki, cihazlar yeni yaradılacaq şəbəkə sisteminə qoşulacaq. Bununla da fəaliyyət göstərən seysmik stansiyların sayı 84-də çatdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh