Azərbaycanda daha bir helikopterin əsaslı təmiri başa çatdı - FOTO

"ASG Helikopter Services" aviaşirkəti yanında Helikopterlərin əsaslı təmiri üzrə Servis Mərkəzi aviadaşıyıcıya məxsus növbəti "Mi-8AMT" tipli helikopterin əsaslı təmirini başa çatdırıb.
Bu barədə şirkətin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, əsaslı təmir Rusiyanın 356 №-li Aviasiya Təmiri Zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birlikdə həyata keçirilib. Beləliklə, Azərbaycan ərazisində bu tip helikopterin artıq ikinci əsaslı təmiri icra olunub. 2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (Azerbaijan International Defence Exhibition – ADEX) çərçivəsində Azərbaycanda hava texnikasının təmiri sahəsində əməkdaşlıq barədə razılaşma əldə edilib.
Aviaşirkətin bazasında tamfunksional Xidmət Mərkəzini yaratmaq fikri, ilk maşının səyyar təmiri mənimsənildikdən sonra yaranmışdır. Belə bir mərkəzin yaradılması layihəsi Azərbaycanla Rusiya arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası Komissiyanın protokollarının bir hissəsi olmuşdur. Həmin layihə çərçivəsində aviaşirkətlə Rusiyalı tərəfdaşlar arasında müvafiq sazişlər imzalanıb.
Pandemiya səbəbindən baş verən ciddi qlobal iqtisadi böhrana baxmayaraq, 2020-ci ildə "ASG Helicopter Services" şirkəti tərəfindən tam maliyyələşdirilməklə "Mİ" tipli helikopterlərin əsaslı təmirini həyata keçirən regionda ilk aviasiya təmiri müəssisəsinin tikintisi həyata keçirilib. Tikintinin cari ilin sonuna kimi tamamlanması planlaşdırılır.
Ən müasir təmir avadanlıqları ilə təchiz ediləcək Servis Mərkəzi, Zabrat qəsəbəsindəki hava limanının ərazisində yerləşəcəkdir. Qeyd etmək istərdik ki, həmin Servis Mərkəzinin istehsal gücü yalnız ölkənin helikopter donanmasını deyil, bütün Xəzər dənizi Regionu Ölkələrinin operatorlarının hava gəmilərini də əhatə etməyə imkan verəcəkdir. Bu, Azərbaycanda aviasiya sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyacaq.


İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











