Azərbaycanda dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am domeni bloklanıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am adlı saxta domeni bloklayıb.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.
Onun sözlərinə görə, həmin saxta domen 1 ay bundan əvvəl aşkarlanıb.
İdarə rəisi həmçinin ötən gün bir sıra media qurumlarının, o cümlədən "Report" İnformasiya Agentliyinin saytına da kiberhücumların edildiyini xatırladıb.
Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov isə deyib ki, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, dövlətimizin günü-gündən möhkəmlənməsi heç də hər kəsin sevincinə səbəb olmur: "Bütün bu uğurları gözü götürməyən qüvvələr var. Biz bunu istər dövlət, istərsə də özəl sahələrə qarşı həyata keçirilən kiberhücum tendensiyalarından da görə bilirik. Elə dünən media qurumlarının saytlarına qarşı həyata keçirilən kiberhücumlar dediklərimin bariz nümunəsi kimi özünü göstərir.
Belə hücumlar həmişə olub və olacaq. Dövlət orqanları istiqamətində olan belə hücumlar demək olar ki, tam şəkildə aradan qaldırılır. Media qurumlarına gəlincə isə hücumlar əsasən resursları kənarda yerləşdirilənlərə olur. Bu məsələlərdə bir az diqqətli olmaq lazımdır. Maarifləndirmə işləri aparılmalı, görüşlər keçirilməli, lazımi tədbirlər görülməlidir ki, belə halların qarşısını tez ala bilərik. Bəzən bizə elə gəlir ki, açıq mənbələrdə elə bir məlumat yoxdur. Ancaq xüsusi xidmət orqanları açıq mənbələrdən apardığı təhlil məlumatları ilə külli miqdarda əməliyyat məlumatları əldə edir. Belə bir sual çıxır ortaya, Əgər açıq mənbələrdə heç nə yoxdursa, niyə ora kiberhücumlar olur? Bu nöqteyi-nəzərdən indiki zamanda hər şeyə sadə baxmamalıyıq. Hər şeyə təhlükəsizlik prizmasından baxmaq lazımdır. Hər kəs fəaliyyət göstərdiyi sahədə təhlükəsizliyni təmin edilməsi imkanlarını tam tətbiq etməlidir".
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











