Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin siyahısı - AÇIQLANIB

Bu ilin oktyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı sentyabr ayı ilə müqayisədə 0,02 faiz bəndi azalıb.
Avtosfer.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, "Global Stats" statistika mərkəzinin hesabatına görə, noyabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 56,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 46,4 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı oktyabr ayı ərzində 0,3 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin noyabr ayının 1-nə 15,4% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 58 faiz bəndi azdır.
Bu ilin oktyabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,7 faiz bəndi artıb. Noyabrın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycanın sosial media bazarında 11,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz bəndi çoxdur.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 7,2%, "Twitter" – 4,6%, "Tumblr" – 2,3%, "VKontakte" – 0,6% və s.
TED.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











