Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı azalıb

Bu ilin noyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı oktyabr ayı ilə müqayisədə 1,65 faiz bəndi azalıb.
Avtosfer.az-ın statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, dekabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 55,16% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 31,9 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı noyabr ayı ərzində 0,55 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin dekabr ayının 1-nə 14,84% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 11,9 faiz bəndi azdır.
Bu ilin noyabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,06 faiz bəndi artıb. Dekabrın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycanın sosial media bazarında 11,69% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,54 faiz bəndi azdır.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 7,81, "Twitter" – 3,55%, "VKontakte" – 3,51%, “Tumblr” – 1,6%, və s.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











