Azərbaycanda internetlə bağlı problemlərə operativ reaksiya veriləcək

Azərbaycanda internetlə bağlı yaranan problemlərə operativ reaksiya veriləcək, müraciətlərin qəbulu üçün daha effektiv həllər tətbiq olunacaq.
Bunu "APA-Economics"ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, qeyd olunan məsələ ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İctimai Şuranın internet provayderlərlə təşkil olunan görüşdə müzakirə olunub.
"Mən iki məqama toxundum – internetin əlçatanlığı və keyfiyyəti. Nazirliyin bu məsələlərə dair verdiyi açıqlamalardan belə başa düşmək olar ki, artıq bu sahədə xeyli pozitiv işlər gözlənilir. Şikayətlərin qəbulu ilə bağlı məsələlərə daha çox diqqət yetiriləcək. Nazirlik mövcud problemləri yaxın iki il ərzində həll etmək niyyətindədir. Bunun üçün müraciətlərin qəbulunda daha effektiv həllər tətbiq olunacaq. Düşünürəm ki, burada internetin vəziyyətinin daha da yaxşılaşacağını gözləmək olar", - deyə O. Gündüz qeyd edib.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










