Azərbaycanda internetlə bağlı VACİB XƏBƏR - 2024-cü ildən... - VİDEO
2024-cü ildə bütün ölkə fiberoptik internetlə təmin olunacaq.
Avtosfer.az xəbər verir ki, bunu “Xəzər TV”-də yayımlanan “Xəbər Ertəsi” proqramında qonaq olan “Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev deyib.
Bölgələrdə internet xətlərinin çəkilişi ilə bağlı yaranan problemlərə toxunan şöbə müdiri bildirib ki, bunun səbəbi avadanlıqlardakı limitdir:
"Bölgələrdə olan avadanlıqlar evlərin, abunəçilərin sayına uyğun quraşdırlır. Əhalinin sayı artdıqda isə tələbləri qarşılamaq lazım gəlir. Hazırda bğlgələrdə olan avadanlıqların əksəriyyətində internet çəkilişi üçün müəyyən limitlər var.
Bu səbəbdən də hər kəsin internetlə təminatı mümkün olmur. Lakin 2024-cü ildə bütün ölkə fiberoptik internet xətləri ilə təmin olunacaq. Bu xətlərdə isə heç bir limit olmur və abunəçilərin əhatə dairəsini istənilən qədər genişləndirmək mümkün olur. Beləliklə də həmin vaxtda istənilən şəxs internetə çıxış əldə edə biləcək".