Azərbaycanda kibertəhlükəsizliklə bağlı müraciətlərin 95 faizi təmin edilib

2021-ci ilin mart ayında Azərbaycanda kibertəhlükəsizliklə bağlı 350 müraciət edilib.
Bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) hesabatına deyilir.
Hesabata əsasən, mart ayı ərzində mərkəzə daxil olan sorğulardan 95 faizinə (333 müraciət) baxılıb və təmin edilib.
Mərkəzdən verilən məlumata görə, fevral ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 11 subdomen qeydiyyatdan keçib.
Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 26 hesabat təqdim edilib.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında, kibertəhlükəsizliklə bağlı müraciətlərin ümumi sayı 1 174 ədəd təşkil edib. Dövr ərzində ümumi sorğuların 96,5 faizi baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 49 hesabat təqdim edilib. Yanvar-mart ayları ərzində Azərbaycanın internet seqmentində 13 domen və 36 subdomen qeydiyyata alınıb. (Trend)
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












