Azərbaycanda kosmik obyektlər dövlət reyestrində qeydiyyata alınacaq

Azərbaycanda kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsi ilə bağlı kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınması qaydası hazırlanacaq.
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət ilə razılaşdırmaqla kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınması qaydasının layihəsini, həmçinin Kosmik Agentliyin ("Azərkosmos") fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısı hazırlanıb 2 ay müddətinə Nazirlər Kabinetinə təqdim edilməlidir.
Ədliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları, kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə nəzarət qaydasının layihəsini 2 ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Bu sərəncam avqustun 29-dan qüvvəyə minib. Sərəncam “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2023-cü il 4 avqust tarixli 2291 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











