Banner

Azərbaycanda mobil cihazların qeydiyyatı ilə bağlı YENİLİK

Texnologiya 13 İyun 2023 15:20 Oxunub 530
Azərbaycanda mobil cihazların qeydiyyatı ilə bağlı YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mobil cihazların qeydiyyatının aparılması Qaydasına dəyişiklik edilib.

Avtosfer.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, qeydiyyat mərkəzi mobil cihazın İMEİ nömrəsinin dəyişdirildiyini və ya surətinin köçürüldüyünü müəyyənləşdirmək məqsədilə abunəçinin mobil (sellülar) nömrəsinin MSİSDN-i və İMSİ barədə məlumatları, o cümlədən əməliyyat növü, başlama və bitmə vaxtı, davamiyyəti, olduğu yer, başlanğıc və son stansiyalar, baza stansiyaların identifikasiya parametrləri və yerləşmələri barədə çağrı qeydiyyat məlumatlarını mobil operatorlardan informasiya sistemləri vasitəsilə onlayn qaydada əldə edəcək.

İMEİ nömrəsi dəyişdirilmiş, habelə surəti bir və ya bir neçə başqa cihaza köçürülmüş mobil cihazı ilk olaraq istifadə etmiş abunəçinin (onun mobil (sellülar) nömrəsinin) müəyyənləşdirilməsi üçün həmin cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edildiyi tarixdən üç ay əvvələdək olan dövr üzrə bu Qaydada qeyd olunan məlumatların təhlili aparılacaq.

İndiyə qədər zərurət yarandıqda, qeydiyyat mərkəzi identifikasi (eyniləşdirmə) kodu dəyişdirilmiş mobil cihazların İMEİ nömrələrinin müəyyənləşdirilməsi məqsədi ilə abunəçinin mobil (sellülar) nömrəsinin MSİSDN-i və İMSİ barədə mobil operatorlardan məlumat əldə edirdi.

İMEİ nömrəsi bir və ya bir neçə başqa cihaza köçürülmüş mobil cihazı ilk olaraq istifadə etmiş abunəçinin (onun mobil (sellülar) nömrəsinin) müəyyənləşdirilməsi üçün həmin cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edildiyi tarixdən, bir qayda olaraq, üç ay əvvələ qədər olan dövr üzrə bütün mobil operatorlara aid İMEİ, MSİSDN və İMSİ qeydlərinin təhlili aparılırdı.

Həmçinin qərara əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə İMEİ nömrələri MCQS-nin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh