Azərbaycanda mobil və sabit internetin sürəti iyunda artıb

Avtosfer.az xəbər verir ki, bu ilin iyun ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 37,11 Mbit/s təşkil edib.
Bu göstərici may ayı ilə müqayisədə 2,1% artıb. Cari ilin iyununda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti may ayının göstəricisi ilə müqayisədə 4,3 artaraq 14,97 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 55,34 Mbit/s və 12,69 Mbit/s təşkil edib. İyun ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 137 ölkə arasında 2 pillə irəliləyərək 66-ci yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə, liderlərin ilk üçlüyünə BƏƏ (193,51 Mbit/s), Cənubi Koreya (180,48 Mbit/s) və Qətər (171,76 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin iyun ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 25,59 Mbit/s, çıxış sürəti isə 27,39 Mbit/s təşkil edib. Bu göstəricilər may ayı ilə müqayisədə müvafiq olaraq 10,1 və 11,2% artıb.
İyun ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 181 ölkə arasında 3 pillə irəliləyərək 122-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Monako – 260,74 Mbit/s, Sinqapur – 252,68 Mbit/s və Honkonq (SAR) - 248,94 Mbit/s olub. Qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 106,61 Mbit/s və 57,67 Mbit/s olub.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











