Azərbaycanda noutbukların satışı artıb

Bu ilin avqust ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı iyul ayı ilə müqayisədə 3,3 faiz bəndi artıb.
Avtosfer.az-ın "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, noutbukların bazar payı sentyabrın 1-nə 63,1% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz bəndi çoxdur. Mərkəzin məlumatına əsasən, bu ilin avqust ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı iyul ayı ilə müqayisədə 3,36 faiz bəndi azalaraq sentyabrın 1-nə 35,7% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 9,6 faiz bəndi azdır.
Hesabatda sentyabr ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,2% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 0,25 faiz bəndi çoxdur. Bu seqment üzrə cari ilin avqust ayının göstəricisi iyul ayının göstəricisindən 0,06 faiz bəndi çoxdur.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












