Azərbaycanda süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanıb - FOTO

“Azərbaycanda süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanıb”.
“Trend” xəbər verir ki, bu barədə cümə axşamı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, bu yol xəritəsi çərçivəsində süni intellektin ticarət sektoruna inteqrasiyası planlaşdırılır.
“Bu gün Azərbaycanda rəqəmsal dövriyyə aktiv şəkildə inkişaf edir və süni intellektin bu sektorda tətbiqi inkişafın sürətlənməsi üçün əlavə addımdır. Bundan başqa, rəqəmsal inkişaf üzrə beynəlxalq təşkilatlardan olan həmkarlarla birgə strategiyanın hazırlanması, xüsusən internetin sürətinin artırılması, əhatə dairələrinin genişləndirilməsi, müvafiq şəraitin yaradılması, maliyyə vəsaitinin əlçatanlığının təmin edilməsi, vençur kapitallarının formalaşması, habelə ölkənin rayonlarının rəqəmsal inkişafı üzrə işlər aparılır”, - deyə o bildirib.
T.Tağıyev qeyd edib ki, bütün bu işlər iqtisadiyyatın yüksəlişini, ölkədə rəqəmsallaşmanı, həmçinin innovasiya məhsullarının yaradılmasını sürətləndirməyə imkan verə bilər.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












