Azərbaycanda tez xarab olan telefonlar hansılardır? - Mütəxəssis xəbərdarlığı

Əksər istifadəçilər yeni aldıqları smartfondan bir neçə il yararlanmağa çalışırlar. Bəzən isə telefonda yaranan problem bu planı alt-üst edir.
Bəs uzun müddət istifadə etməyi düşünən şəxs hansı modelləri qətiyyən almamalıdır? Tez xarab olan smartfonlar hansılardır?
Mövzu ilə bağlı TED.az-a danışan telefon təmiri üzrə mütəxəssis İlkin Quluzadə bildirib ki, Azərbaycanda satılan telefonlar arasında dəyərini ən tez itirən iPhone-dur. Qiyməti sürətlə ucuzlaşır: "5, X, XS, 6, 7 modellərinin qiyməti çox aşağı düşüb. iPhone 12 çıxdığı üçün iPhone 11 də 3-4 ay ərzində dəyərdən düşəcək. Buna baxmayaraq, iPhone modelləri xeyli davamlıdır və gec xarab olur. Tez sıradan çıxan, davamsız smartfon Huawei, Hisense istehsalıdır. Doğrudur, bu heç də bütün Huawei modellərinə aid deyil. Məsələn, P smart Z, E9s davamlı modellərdir. Huawei-in istehsal etdiyi 200-300 manatlıq telefonlar işə çox keyfiyyətsizdir, sensorları və enerji portları tez xarab olur".
Mütəxəssis vurğulayıb ki, davamlı olması üçün smartfon alarkən mütləq RAM-a, funksiyalara diqqət etmək lazımdır: "Bu mənada Samsung A10, A01 modellərini qətiyyən tövsiyə etmirəm, tez sıradan çıxır. Bütün problemlər ekranının, sensorunun sıradan çıxması ilə başlayır".
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











