Azərbaycanda "Twitter" və "YouTube" istifadəçilərinin fəallığı artıb

Bu ilin mart ayında Azərbaycanda "Twitter" istifadəçilərinin fəallığı fevral ayı ilə müqayisədə 10,6 faiz bəndi artıb.
"Global Stats" statistika mərkəzinin apardığı hesablamalara görə, aprelin 1-nə "Twitter"in Azərbaycanın sosial media bazarında payı 33,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 20,8 faiz bəndi çoxdur. Populyarlığına görə "Twitter" ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı mart ayı ərzində 4,1 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin aprel ayının 1-nə 24,3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 13,3 faiz bəndi çoxdur.
Bu ilin mart ayı ərzində ölkə üzrə "Instagram" şəbəkəsinin istifadəçilərinin fəallığı 4,7 faiz bəndi azalıb. Aprelin 1-nə olan məlumata görə, "Instagram" Azərbaycanın sosial media bazarında 17,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz bəndi azdır.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Facebook" – 13,3, " Pinterest " – 9,84, "VKontakte" – 0,62%, "Reddit" – 0,22%, və s.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










