Azərbaycanın “İti qovan” PUA-sı beynəlxalq festivalda - FOTO

İstanbulda “Teknofest-2021” Aviasiya, Kosmos və Texnologiya Festivalı başlayıb.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycanın 200 kvadratmetrlik ərazidə quraşdırdığı pavilyonda ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyi təmsil edir.
Tədbirdə Müdafiə Nazirliyinin 2 “MiQ-29” təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin “İti qovan”, “Orbiter 2”, “Orbiter 3”, “Orbiter 4” kimi pilotsuz uçuş aparatları da sərgilənir.
“MiQ-29” təyyarələri beş gün ərzində İstanbulda təşkil olunacaq hava şoularında da iştirak edəcək.
Pavilyonda quraşdırılan monitorda 44 günlük Vətən müharibəsi zamanı “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə məhv edilən düşmən texnikaları və hərbi obyektlərinin görüntülərindən ibarət videoçarx nümayiş etdirilir.
Tədbirdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Festivalda ilk dəfə olaraq Türkiyə Müdafiə Sənayesi Nazirliyinin hazırladığı “Türk müdafiə sənayesi keçmişdən gələcəyə” başlıqlı zaman tuneli də ziyarətçilərə təqdim edilir. Tuneldə Mete xandan başlayaraq “Akıncı” TİHA-ya qədər, eramızdan əvvəl III əsrdən bu günə kimi Türk müdafiə sənayesində baş verən dəyişikliklər fotoşəkillərlə sərgilənir.
Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











