“Azercell” qiymətləri qaldırdı: Şirkət bunu nəylə əsaslandırdı?

Fevralın 19-dan “Azercell Telekom” MMC tarifləri qaldırıb.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Buraxılmış zəng” xidmətinə ƏDV daxil 0,20 AZN aylıq abunə haqqı tətbiq ediləcək.
Eyni zamanda "Azercell" internet paketlərinin də qiymətində dəyişiklik edib.
Dəyişikliyə görə:
500 meqabayt - 4 manat
1,5 gigabayt - 6 manat
6 gigabayt - 12 manat
12 gigabayt - 19 manat
30 gigabayt - 29 manat
55 gigabayt - 39 manat
Tarif dəyişikliyi nə ilə bağlıdır?
Bakıvaxtı.az-ın bununla bağlı sotğusuna "Azercell Telekom" MMC-nin Mətbuat Xidmətindən bildirilib ki, "Azercell" mütəmadi olaraq mövcud xidmətlərin optimalaşdırılmasını həyata keçirir:
“Mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq Azercell mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir. Bu məqsədlə bəzi servislərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər”.
Bu artımın səbəbinin təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi olduğu vurğulanıb:
““Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 20 fevral 2024-cü il tarixindən etibarən qüvvəyə minən müəyyən dəyişikliklər edilib. Bu dəyişiklilər müqabilində abunəçilərə şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılmış, İnternet Paketin həcmi bitdikdən sonra əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədi ilə daha həcmli aylıq və günlük internet paketləri təqdim edilib” .
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











