B-21 Raider təyyarəsinin müntəzəm sınaq uçuşları başlayıb

ABŞ altıncı nəsil B-21 Raider strateji stels-bombardmançı təyyarəsinin müntəzəm sınaq uçuşlarına başlayıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bu barədə “Northrop Grumman” korporasiyasının aviasiya sistemləri idarəsinin rəhbəri Tomas Cons bildirib. Onun sözlərinə görə, yaxın perspektivdə gündəlik testlər həyata keçiriləcək.
ABŞ Hərbi Hava Qüvvələri 2030-cu illərin əvvəllərinə qədər azı 40 B-21 Raider təyyarəsi alacaq. Korporasiya artıq bu tipli 10 təyyarə istehsal edib. Həm adi, həm də nüvə silahlarını daşıya bilən ilk B-21 Raider təyyarəsinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Amerika Alimləri Federasiyasının məlumatına görə, altıncı nəsil təyyarə uzaqmənzilli nüvə başlıqlarına malik səkkiz qanadlı raket, yaxud 5 ilə 400 kiloton arasında gücə malik səkkiz nüvə bombası daşımağa qadir olacaq.
“Northrop Grumman” korporasiyası tərəfindən işlənib hazırlanan hər bir B-21bombardmançı təyyarə 772 milyon dollar olaraq qiymətləndirilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











