Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Texnologiya
20 İyun 2024 10:30
Oxunub 496
İyunun 22-də Bakıda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçiriləcək.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iməciliyin məqsədi şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsidir.
BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə, həmçinin özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, vitrinlərini, ətraf ərazilərini təmizləməyə çağırıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR