Başına çip qoyulmuş ilk insanın görüntüsü yayıldı - VİDEO

Texnologiya 21 Mart 2024 23:20 Oxunub 484
Başına çip qoyulmuş ilk insanın görüntüsü yayıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Başına çip qoyulmuş ilk könüllü insanın görüntüləri yayımlanıb.

İlon Maskın sahibi olduğu “Neuralink” şirkət bu həftə bir könüllünün əməliyyatdan sonra əldə etdiyi yeni fiziki imkanları nümayiş etdirən bir videonu paylaşıb.

Qeyd edək ki, bu ilin yanvarında iflic olmuş könüllünün kəlləsinə implant quraşdırmaq üçün əməliyyat keçirilib. Bu çip ona noutbukda kursoru şüurla idarə etməyə imkan verib.

Şirkət bu həftə bir könüllünün bu imkanlarını nümayiş etdirib.

İlon Maskın platformasında yayımlanan verilişdə şirkət nümayəndəsi tamaşaçıları səkkiz il əvvəl onurğa beynindən zədə alan və əl-ayaqlarının hərəkət qabiliyyətini itirdiyi 29 yaşlı Noland Arbou ilə tanış edib. Xəstənin özünün izah etdiyi kimi, o, qollarını və ayaqlarını hərəkət etdirə bilmir, həmçinin çiyin səviyyəsindən aşağı heç nə hiss etmir.

Könüllü efir zamanı əla əhval-ruhiyyədə olub, gülümsəyib, xeyli zarafat edib. Onun sözlərinə görə, implantı quraşdırmaq üçün əməliyyatı çox rahat keçirib və elə ertəsi gün xəstəxanadan buraxılıb. O, məşq etdikdən və avadanlıqları quraşdırdıqdan sonra ağlı ilə noutbukun ekranındakı kursoru idarə etməyi öyrənib.

“Civilization VI” strategiya oyununda və şahmatda özünü sınayan Noland Arbou sonuncuya üstünlük verib.

İmplant bir neçə saat fasiləsiz işləyir, onu simsiz doldurma funksiyası olan xüsusi yastıqdan istifadə etməklə doldurmaq lazımdır.

Şirkət etiraf edib ki, implant çatışmazlıqlardan xali deyil, lakin onlar əmindir ki, yolun lap başlanğıcındadırlar.  İmplantların kütləvi istehsalı  bir neçə ay çəkəcək. Şirkət nümayəndələri gələcəkdə öz implantlarının köməyi ilə itirilmiş görmə qabiliyyətini bərpa etməyi öyrənəcəklərinə ümid etdiklərini bildiriblər.

Azpost.info 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh