"Bayraktar-TB2" Ukrayna küçələrində - VİDEO
Texnologiya
23 Avqust 2021 11:25
Oxunub 652
Döyüş meydanında oyunu dəyişdirən Türkiyənin SİHA-sı "Bayraktar-TB2" avqustun 24-də qeyd ediləcək Ukraynanın Müstəqillik Günündə sərgilənəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, son günlər "Bayraktar-TB2" parada hazırlıq məqsədilə Kiev küçələrində çıxarılır.
Ukrayna Dövlət Araşdırma İnstitutu 3 həftə öncə apardığı incələmələrdən sonra "Bayraktar-TB2"nin döyüş qabiliyyətini yüksək qiymətləndirib.
SİHA-nın qlobal miqyasda elektron müharibədə yüksək performansa sahib olduğu vurğulanıb.
Qeyd edək ki, Kiyev rəhbərliyi NATO-nun Qara dənizdəki "Sea Breeze 2021" təlimində də Bayraktar TB2 -dən də istifadə edib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR