Bədəninizdəki döymə ilə bütün məlumatlarınız… - BİLL QEYTS SMARTFONLARDAKI YENİ TEXNOLOGİYANI AÇIQLADI

Məşhur iş adamı və texnologiya mütəfəkkiri Bill Qeyts mobil telefonlarda inqilaba səbəb olacaq yeni texnologiyanın tezliklə tərtib ediləcəyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu yenilik mobil rabitədə böyük transformasiya yaradaraq texnologiya dünyasında əhəmiyyətli irəliləyiş vəd edir. Bill Qeyts “Microsoft”da baş direktor olduğu illərdə texnoloji nailiyyətlərlə dünyada böyük nüfuz qazanmış və proqnozları ilə texnologiya sektorunda uzaqgörən şəxs kimi tanınıb.
Son açıqlamasında Qeyts cib telefonlarının gündəlik həyatın əsas elementi olaraq son mərhələyə yaxınlaşdığını və yaxın gələcəkdə tamamilə yeni bir texnologiyanın istifadəyə veriləcəyini bildirib. Onun sözlərinə görə, bu texnologiya insanların həyatında "əvvəl" və "sonra" anlayışı yaradacaq, onilliklərin ən mühüm yeniliklərindən biri kimi tarixə düşəcək.

“Chaotic Moon”un təqdim etdiyi konsept tibb sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər. Şirkətin mütəxəssisləri bədənin müxtəlif göstəricilərini real vaxt rejimində izləyən və xəstəliklərin erkən mərhələdə aşkarlanmasını təmin edən bir sistem hazırlamağı hədəfləyir.
Texnologiya üzrə ekspert Eric Schneider bu yeniliyin səhiyyə sektorunda yaratdığı potensialı vurğulayaraq deyib ki, artıq ildə bir dəfə həkimə getmək əvəzinə, bədəninizdə belə bir döymə vasitəsilə sağlamlığınız izlənə bilər. Problemlər aşkarlanarsa, həkim birbaşa sizə xəbər verə biləcək. Bu texnologiyanın gələcək illərdə həm estetik, həm də funksional sahələrdə böyük irəliləyişlərə yol açacağı gözlənilir.
Eltac Zülfüqaroğlu
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












