BƏƏ Aya lunoxod göndərəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaponiyanın “iSpace” kosmik şirkəti ilə birgə Aya lunoxod göndərilməsinə hazırlıq görür. Yapon şirkəti Yerin təbii peykinə göndəriləcək rover aparatını əvvəllər nəzərdə tutulan müddətdən iki il tez - 2022-ci ildə ABŞ-dakı kosmodroma transfer edəcək.
“Rəşid” lunoxodu NASA mütəxəssislərinin nəzarəti altında Əmirliklərdə istehsal ediləcək. Ayda tədqiqat aparacaq rover amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinin “Falcon9” raketi vasitəsilə Floridadakı kosmodromdan Aya göndəriləcək. Lunoxodun Yerin təbii peykinin səthində yürüşünü də yapon şirkəti izləyəcək.
BƏƏ kosmos sahəsində iri layihələr həyata keçirir. 2019-cu ildə Baykonur kosmodromundan səkkiz günlük kosmik missiyanın uğurla nəticələnməsindən sonra ötən il Marsın orbitinə “Hope” kosmik zondu göndərilib və onun missiyası davam etməkdədir. Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktum bildirib ki, BƏƏ Mars missiyası ilə yanaşı, Aya lunoxod göndərəcək birinci ərəb ölkəsi olacaq. (AZƏRTAC )
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












