Beş il tutumunu itirmədən işləyən akkumulyator yaradılıb

Müasir akkumulyator batareyaları ilk istifadə ilində tutumunun təxminən 20 faizini itirir. Lakin Yaponiyanın Elm və Texnologiya İnstitutunun tədqiqatçıları batareyalara minimum 5 il ərzində tutumunun 95 faizini saxlamağa imkan verən inqilabi material kəşf ediblər.
Müasir akkumulyatorlar bağlayıcı materialın xüsusiyyətlərinə görə 500 dəfə enerji ilə doldurulduqdan sonra tutumunun 40 faizini itirə bilər. Lakin Yaponiya alimləri hazırda istifadə olunanların imkanlarını dəfələrlə üstələyən “Bis-imino-acenaphthenequinone-Paraphenylene (BP) adlı bağlayıcı material ixtira ediblər. Ondan istifadə hətta 1700 enerjidoldurma dövrəsindən sonra akkumulyator tutumunun 95 faizini saxlamağa imkan verir.
Alimlərin sözlərinə görə, kəşf akkumulyator batareyaları üzərində qurulan sahəyə, o cümlədən elektromobillərə güclü təsir edə bilər. Yaponiyanın Elm və Texnologiya İnstitutu ilə əməkdaşlığa smartfon istehsalçılarının maraq göstərəcəyi gözlənilir.///“ICTnews”
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












