Bill Geyts Yer kürəsini xilas etməyin yolunu təklif edib

Microsoft qurucusu, milyarder Bill Qeyts hesab edir ki, təmiz sənaye inqilabı bəşəriyyətə planeti iqlim fəlakətindən xilas etməyə imkan verəcək.
Avtosfer.az xəbər verir ki, bunu “ Microsoft ” un yaradıcısı, milyarder Bill Qeyts “Wired” jurnalı üçün yazdığı məqalədə qeyd edib.
Onun sözlərinə görə, bu məqsəd kifayət qədər reallaşdırıla bilər və gələn il təmiz iqtisadiyyata keçidi sürətləndirəcək üç hadisə baş verəcək.
Biznesin idarəolunmasına baxışı dəyişmənin zərurliyini qeyd edən Qeyts deyib ki, istixana qazı buraxmadan qida məhsullarının yetişdirilmə qaydalarını, əşyalar düzəltmək, elektrik enerjisi istehsal etmək, binaları isitmək və sərinləmək yollarını tapmağa çağırıb.
O deyib ki, qlobal problemlər arasında ilk növbədə iqlim dəyişikliyi məsələsi daha çox çəki alacaq.
Onun fikrincə, müxtəlif ölkələrdən olan gənclər, fəallar, səhmdarlar və əməkdaşlar hakimiyyətdən və korporativ rəhbərlərdən bu istiqamətdə real nəticələrin əldə olunması üçün məsuliyyət tələb edəcəklər.
O, əmindir ki, özəl və dövlət sektorları öz alıcılıq qabiliyyətini artırmaq məqsədi ilə orqanik məhsullar üçün yeni bazarlar yaratmaq istiqamətində istifadə etməyə başlayacaqlar.
“Ölkə.Az”
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










