Bir “WhatsApp”ı 4 cihazda necə istifadə edək? - FOTO

“WhatsApp” android cihazlar üçün yeni versiyanı təqdim edib. Gələn yeniləmə ilə artıq tətbiqi birdən çox telefonda istifadə etmək mümkündür.
İndiyədək bir cihazda yalnız bir vatsap hesabından istifadə edilirdi.
Bu yeni funksiya ilə artıq vatsap hesabı eyni vaxtda və bir-birindən asılı olmayaraq 4 smartfonda istifadə edilə bilər. Əlavə edilmiş yeni cihazlar avtomatik olaraq sinxronlaşdırılacaq ki, istifadəçi heç bir mesajı qaçırmasın.
Bəs yeni vatsap 4 fərqli cihazda necə istifadə olunacaq?

- Əvvəlcə ikinci cihazda vatsapı quraşdırın və əsas ekrana toxunun.
- "Cihazı birləşdirin" üzərinə toxunun.
- Əsas cihaza keçin və "Qoşulmuş Cihazlar" menyusuna daxil olun.
- Əsas telefonunuzda "Cihazı birləşdirin" üzərinə klikləyin.
- İkinci cihazla əsas cihazdan QR kodunu oxudun.
Versiya hazırda yalnız WhatsApp beta versiyasında istifadə olunur.

iPhone sahibləri və vatsapın digər versiyalarının istifadəçiləri rəsmi buraxılışa qədər gözləməli olacaqlar. (baku.vs)
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












