“Boeing” təsdiq sertifikatı almasa pilot kabinəsində dəyişiklik edəcək

Amerikanın “Boeing” kompaniyası 2023-cü ilin yayına qədər “737 MAX 10” modelinin təsdiq olunacağını gözləmir.
Reuters agentliyi xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsinin Konqresə ünvanladığı məktubda deyilir.
“Boeing 737 MAX 10” təyyarəsi üçün tənzimləyicinin təsdiqinin alınması prosesinin son tarixi dekabrdır. Konqres sertifikatı təsdiq etməsə, “Boeing” pilot kabinəsinin xəbərdarlıq siqnalını müasir tələblərə uyğunlaşdıraraq dəyişdirməli olacaq ki, bu da modelin istifadəyə verilməsini xeyli gecikdirəcək. Buna baxmayaraq, kompaniyanın dekabr ayında təsdiq almaq üçün tələb olunan ekspertizaların hamısını həyata keçirmədiyi və sənədləri sentyabrın ortalarına qədər təqdim etmədiyi bildirilir. ABŞ-ın Federal Aviasiya İdarəsi və “Boeing” kompaniyası məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX” təyyarəsi 2019-cu il martın 10-da Efiopiyanın paytaxtı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bundan bir müddət əvvəl - 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni modelli təyyarənin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirib.
“Boeing” kompaniyası hər iki təyyarənin MCAS sistemində nasazlıq olduğunu etiraf edib. Bundan sonra ABŞ və Avropa İttifaqı da daxil olmaqla, bir çox ölkələr bu model təyyarələrin uçuşlarına qadağa qoyub.
Pilot kabinəsində xəbərdarlıq siqnallarına dair yeni tələblər baş vermiş hər iki təyyarə qəzasından sonra qəbul edilən sertifikat islahatı qanununun bir hissəsidir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











