Britaniya orbitə ilk hərbi kəşfiyyat və müşahidə peykini çıxardı

Böyük Britaniya Yer səthinin gündüz foto və video çəkilişi üçün nəzərdə tutulmuş ilk hərbi peykini orbitə çıxarıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Kosmik Komandanlığının məlumatında deyilir.
Qeyd edilir ki, Amerikanın “Falcon 9” daşıyıcı aparatı ilə orbitə çıxarılan “Tyche” peyki Böyük Britaniyada yaradılıb. Onun hazırlanması və yığılması 22 milyon funt-sterlinqə (25 milyon dollar) başa gəlib. 160 kq çəkisi olan peyk 5 km enində, 90 sm-ə qədər aydınlıqda yer cisimlərinin təsvirlərini təqdim etmək üçün nəzərdə tutulub.
Bundan əvvəl London artıq özünün “Skynet” peyk sistemindən istifadə edirdi, lakin kəşfiyyat məqsədləri üçün şəkillərə giriş hələ də müttəfiqlərə, ilk növbədə ABŞ-a göndərilməsi tələb olunurdu.
“Ukraynadakı münaqişənin göstərdiyi kimi, kosmosdan istifadə hərbi əməliyyatlar üçün vacibdir”, - deyə Britaniya Kosmik Komandanlığının bəyanatında bildirilir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












