Bu brauzer təhlükəlidir

“Google” şirkətinin “Chrome” brauzeri istifadəçilərin məlumatlarını toplayır və onları reklam məqsədilə istifadə edir. Bu barədə nüfuzlu “Forbes” nəşrinin müəllifi Zak Doffman qeyd edib.
Doffman qeyd edib ki, nəzəri cəhətdən “Google” tərəfindən toplanılmış şəxsi məlumatların açıqlanması istifadəçinin məxfiliyinə zərər vura bilər. Jurnalist xatırladıb ki, “Google” şirkəti reklamdan milyardlarla dollar qazanır və müvafiq olaraq istifadəçilərin məlumatlarını üçüncü şəxslərə satır. "Bu baxımdan “Facebook”dan heç nə ilə fərqlənmir" – o deyib.
Həmçinin mütəxəssis əvvəllər də “Chrome” brauzerini tənqid etdiyini bildirib. Korporasiyanın nümayəndələri ən təhlükəsiz proqramların adını açıqlayıblar: “Gmail” poçtu, “Drive” bulud xidməti, "Təqvim" və "Foto" xidmətləri. "Bəli, bu siyahıda “Chrome” brauzeri yoxdur" – müəllif qeyd edir. Beləliklə, “Google” dolayısilə etiraf edir ki, “Chrome” istifadəçilərinin saytlara daxilolma tarixçəsini və ödəniş məlumatlarını araşdırır.
Həmçinin jurnalist ən təhlükəli brauzerlərin reytinqini tərtib edib. Birinci yeri “Chrome” tutub, növbəti yerlərdə “Safari” və “Microsoft Edge” brauzerləri yerləşir./“ICTnews”
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












