Bu brauzer təhlükəlidir

"Google" şirkətinin "Chrome" brauzeri istifadəçilərin məlumatlarını toplayır və onları reklam məqsədilə istifadə edir. Bu barədə nüfuzlu "Forbes" nəşrinin müəllifi Zak Doffman qeyd edib.
Doffman qeyd edib ki, nəzəri cəhətdən "Google" tərəfindən toplanılmış şəxsi məlumatların açıqlanması istifadəçinin məxfiliyinə zərər vura bilər. Jurnalist xatırladıb ki, "Google" şirkəti reklamdan milyardlarla dollar qazanır və müvafiq olaraq istifadəçilərin məlumatlarını üçüncü şəxslərə satır. "Bu baxımdan "Facebook"dan heç nə ilə fərqlənmir" - o deyib.
Həmçinin mütəxəssis əvvəllər də "Chrome" brauzerini tənqid etdiyini bildirib. Korporasiyanın nümayəndələri ən təhlükəsiz proqramların adını açıqlayıblar: "Gmail" poçtu, "Drive" bulud xidməti, "Təqvim" və "Foto" xidmətləri. "Bəli, bu siyahıda "Chrome" brauzeri yoxdur" - müəllif qeyd edir. Beləliklə, "Google" dolayısilə etiraf edir ki, "Chrome" istifadəçilərinin saytlara daxilolma tarixçəsini və ödəniş məlumatlarını araşdırır.
Həmçinin jurnalist ən təhlükəli brauzerlərin reytinqini tərtib edib. Birinci yeri "Chrome" tutub, növbəti yerlərdə "Safari" və "Microsoft Edge" brauzerləri yerləşir. (ictnews.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











