Bu əlamətlər varsa, telefonunuzu TƏCİLİ DƏYİŞDİRİN

Hər smartfonun özünə məxsus işləmək ömrü var. Bir neçə əlamətlə cihazın köhnəldiyini başa düşmək olar.
İnformasiya Təhlükəsizliyi Sistemləri Departamentinin rəhbəri Şamil Maqomedov ilk və əsas əlamətin sürətlə boşaldılan batareyanın olduğunu vurğulayıb:
"Batareyanın şişməsi smartfonun qaçılmaz "ölümünü" göstərə bilər. Bu problemin əsas həlli batareyanın dəyişdirilməsidir".
Analitik-mütəxəssis qeyd edib ki, problemlərin başqa bir əlaməti smartfonun istirahətdə, yəni şarj edərkən və ya "ağır" proqramlardan istifadə edərkən isinməsidir:
“Cihazın dəyişdirilməsinin səbəblərindən biri əməliyyat sistemi üçün təhlükəsizlik yeniləmələrinin alınması faktlarının olmamasıdır ki, bu da zərərli təsir riskini xeyli artırır. Həmçinin, köhnəlmiş əməliyyat sisteminə malik mobil qurğular çox vaxt müxtəlif proqram təminatının tərtibatçıları tərəfindən dəstəklənmir və bu, belə proqramların işə salınmasını qeyri-mümkün edir”.
Təhlilçinin fikrincə, heç bir smartfon əbədi davam edə bilməz. Ancaq bəzi qaydalara əməl etsəniz, xidmət müddətini artırmaq şansı var:
"Xüsusi proqramlardan istifadə etməklə qadcetin ömrünü uzatmaq üçün mütəmadi olaraq "zibildən" təmizləməyi, antivirus proqramını yeniləməyi və cihazı mexaniki zədələrdən qorumağı, həmçinin vaxtaşırı servis mərkəzlərində texniki xidmət göstərməyi tövsiyə edirəm". (lent.az)
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ











