Bu hesablar Google Play-dən silinəcək

Google şirkəti Google Play platformasının çalışma siyasətində dəyişikliklərin olduğunu elan edib. Söhbət, təkcə köhnəlmiş və dəstəklənməyən tətbiqlərin silinməsindən getmir. Belə ki, şirkət bəzi tərtibatçıların hesablarını da siləcək. Bu yeni qərarın əsas məqsədi isə Google Play platformasının təhlükəsizlik səviyyəsini yüksəltməkdir. Beləliklə Google şirkəti sistem boşluqlarına və heç zaman aradan qaldırılmamış ciddi səhvlərə sahib proqram təminatlarını siləcək.
Bundan əlavə olaraq şirkət 1 il və daha çox müddət ərzində tərtibatçıların aktiv olmamış istifadəçi hesablarını da siləcək. Google bildirib ki, hackerlər bu cür istifadəçi hesablarından istifadə edərək Google Play platformasına zərərli proqram təminatlarını yükləyə bilərlər. Həmin istifadəçi hesabları iki faktorlu autentifikasiya sistemi vasitəsilə qorunmurlarsa hackerlər bunu rahatlıqla reallaşdıra bilərlər.
Tətbiqləri və istifadəçi hesabları silinmə siyahısına daxil edilmiş tərtibatçılar özləri üçün yeni hesablar yarada bilərlər. Lakin onlar artıq silinmiş hesabları bərpa edə bilməyəcəklər. 1000-dən çox yüklənməyə sahib və son 90 gün ərzində daxilində alış-verişlərin edildiyi tətbiqlərin aid olduqları hesablar istisna olacaqlar. Google bu yeni qaydaların nə zaman qüvvəyə minəcəkləri barəsində bir məlumat verməyib.///technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











