Bu il hansı mobil proqram daha populyar olub?

2020-ci ildə dünyada ən populyar mobil proqram qısa videolar mübadiləsi üçün "TikTok" servisi seçilib. Bu barədə "App Annie" şirkətinin hesabatında deyilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, "TikTok" həm "iOS", həm də "Android" əməliyyat sistemli smartfon istifadəçiləri arasında ən populyar mobil əlavə olub. Şirkətin proqnozuna görə, 2021-ci ildə servisin aktiv istifadəçilərinin sayı 1 milyardı ötəcək.
İkinci yeri "Facebook" sosial şəbəkəsinin mobil əlavəsi tutub. Liderlər beşliyinə, həmçinin "Facebook"a məxsus iki proqram daxildir: "WhatsApp" messenceri üçüncü, "Instagram" sosial şəbəkəsi isə beşinci pillədə qərarlaşıb.
Videozəng və konfranslar üçün "Zoom" proqramı dördüncü yerlə kifayətlənib. Onun populyarlığı əksər işçilərin məsafəli işə, tələbələrin isə distant təhsilə kütləvi şəkildə keçməsi səbəbindən sürətlə artıb: pandemiya başlamazdan əvvəl "Zoom" əlavəsi reytinqdə 219-cu mövqedə yer alıb.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












