Bu ilin ən avtonom smartfonları açıqlanıb

Texniki ekspertlər "UL Benchmarks" servisinin məlumatları əsasında 2021-ci ilin yanvarında satışda olan ən avtonom smartfonların reytinqini tərtib ediblər.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, bütün parametrlərə görə yaxşı avtonomluq göstəricilərinə (5260 milliamper/saat) malik "Xiaomi Mi Note 10 Lite" ilk sadalanan qurğudur. Belə ki, tutumlu akkumulyator 17 saat 45 dəqiqə ərzində avtonom işi təmin edir.
"Tecno Spark 6 Go 2/32" isə ucuz və avtonom işləmə müddəti çox olan qurğudur. Servisin məlumatına görə, 5 min milliamper/saat tutumlu smartfon tam enerji topladıqdan sonra 18 saat işləyir.
197 dollarlıq "Redmi Note 9S" modeli servisin versiyasına görə 5020 milliamper/saat tutumlu akkumulyator sayəsində 18 saat 17 dəqiqə işləyir. Beş min milliamper/saat tutumlu batareya ilə təchiz edilən "Vivo Y30" smartfonu isə daha çox (18 saat 46 dəqiqə) işləyə bilir.
Avtonomluq göstəriciləri daha yaxşı olan digər qurğular kimi "Honor 30" (4 min milliamper/saat, 18 saat 50 dəqiqə), "Xiaomi Poco X3 NFC" (5160 milliamper/saat, 18 saat 55 dəqiqə), "Samsung Galaxy A02s" (5 min milliamper/saat, 19 saat 50 dəqiqə), "Samsung Galaxy M51" (7 min milliamper/saat, 20 saat 15 dəqiqə), "Tecno Pouvoir 4" (6 min milliamper/saat, 21 saat 11 dəqiqə) və "Blackview BV9100" (13 min milliamper/saat, 25 saat 32 dəqiqə) modelləri göstərilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











