Bu ölkələr “dron səddi” yaradacaq

Polşa, Finlandiya, Norveç və Baltikyanı ölkələr pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə, sərhədlərini qorumaq üçün “dron səddi” yaradılmasını razılaşdırıblar.
“Report” xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotayte bildirib. “Bu, tamamilə yeni bir şeydir - Norveçdən Polşaya qədər uzanan “dron səddi” yaradılacaq. Məqsəd sərhədlərimizi dost olmayan ölkələrin təxribatlarından qorumaq və qaçaqmalçılığın qarşısını almaq üçün PUA-lardan və digər texnologiyalardan istifadə etməkdir”, - o deyib.
Belə “dron səddi” yaratmaq üçün ölkələr sərhəd ərazilərinə nəzarət etmək məqsədilə PUA-lardan, həmçinin PUA əleyhinə sistemlərdən istifadə edəcəklər.
A.Bilotaytenin sözlərinə görə, Litva artıq PUA-ların köməyi ilə sərhədlərinin təhlükəsizliyini gücləndirməyi planlaşdırır. O bildirib ki, Litvanın Dövlət Sərhədini Mühafizə Xidmətində bu yaxınlarda dron bölməsi yaradılıb, əlavə PUA və PUA əleyhinə sistemlər alınır.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










