Bu ölkənin metrosunda ödəniş üz tanıma ilə olacaq-FOTO

Texnologiya 16 Oktyabr 2021 10:49 Oxunub 564
Bu ölkənin metrosunda ödəniş üz tanıma ilə olacaq-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Geniş metro şəbəkəsinə malik olan Moskvada yeni sistem tətbiq edilib.

Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, metro stansiyalarında üz tanıma üsulu ilə ödəniş sistemi olan "Face Pay" istifadəyə verilib.

Moskva Bələdiyyəsi tərəfindən qurulan "Face Pay" sistemi sərnişinlərə kartların əvəzinə üzlərini göstərməklə metroya daxil olmaq imkanı verəcək. Bələdiyyənin təqdim etdiyi sistemə görə, sərnişinlər tətbiq vasitəsilə üzlərini tanıdaraq sistemə daxil olurlar. Qeydiyyat prosedurları başa çatan insanlar metroya minərkən üzlərini göstərən kimi gedişhaqqı əlaqəli bank hesabından avtomatik olaraq silinir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh