Bu proqramları telefonunuza yükləməyin! - EKSPERTDƏN XƏBƏRDARLIQ
Günümüzdə bir çox istifadəçilər qeyri-rəsmi saytlardan istifadə edərək telefonlarına tətbiqlər yükləyirlər. Buna səbəb həmin proqramların daha geniş imkanlarının olmasıdır.
Bəs görəsən telefonlarına qeyri-rəsmi saytlardan tətbiqlər yükləyən vətəndaşları hansı problemlər gözləyir ?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən İT mütəxəssisi Fərhad Mirəliyev bildirib ki, bu tətbiqlər telefonun ələ keçirilməsindən tutmuş, fərdi məlumatların oğurlanmasına qədər bir çox təhlükələrə səbəb ola bilər:
"Qeyri-rəsmi mənbələrdən yüklənən tətbiqlər çox təhlükəli ola bilər. Bir çox hallarda istifadəçilər müəyyən səbəblərdən qeyri-rəsmi mənbələrdən tətbiqlər yükləyirlər. Bu səbəblərdən biri funksionallıqla bağlıdır. Məsələn bir çox istifadəçiləri WhatsApp funksionallığı qane etmir deyə müəyyən saytlardan daha funksional versiyalarını yükləyirlər. Belə ki, WhatsApp-ın öz proqram təminatının instalyasiya faylı ilə daha bir zərərli kodu olan proqram təminatı birləşdirilir və hansısa bir saytda yükləmə üçün əlçatan edilir. Bundan xəbərsiz olan istifadəçi həmin tətbiqi yükləyir və nəticədə WhatsApp-dan başqa digər zərərli proqram təminatı da telefona yüklənmiş olur. Bu zaman telefonda adi rejimdə WhatsApp çalışdığı halda arxa fonda həmin zərərli kod da öz işini görür, fəsadlarını törədir. Bu fəsadlar telefona kənardan müdaxilə etmək, telefonda olan hansısa fərdi məlumatları əldə etmək, telefonu uzaq məsafədən idarə etmək, hətta bank hesablarına müdaxilə etmək və.s -dən ibarətdir.
Bir çox tətbiqlər var ki, ödənişlidir. İstifadəçilər ödəniş etməmək üçün pirat saytlardan bu tətbiqləri yükləyirlər. Bu tətbiqlər telefonun ələ keçirilməsindən tutmuş, fərdi məlumatların oğurlanmasına qədər bir çox təhlükələrə səbəb ola bilər. Buna görə də istifadəçilərə yalnız rəsmi mənbələrdən proqramlar yükləməyi tövsiyyə edirik".
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











