Reklam

Bu smartfonlarda təhlükəsizlik problemi aşkarlanıb

Texnologiya 25 Fevral 2022 17:46 Oxunub 1004
Bu smartfonlarda təhlükəsizlik problemi aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsrailin Tel-Əviv Universitetinin tədqiqatçıları bildiriblər ki, “Galaxy” seruyasından olan S8, S9, S10, S20 və S21 smartfonları kriptoqrafik açarları düzgün saxlamır və bu, hakerlərin smartfonun yaddaşında saxlanılan məlumatları, o cümlədən məxfi məlumatları asanlıqla oğurlamasına imkan verir.

Avtosfer.az "oxu.az"a istinadən xəbər verir ki, problemlər aşkar edildikdən az sonra “Samsung” tərəfindən artıq aradan qaldırılıb.

Bununla belə, istifadəçilərə mütəmadi olaraq təzə yeniləmələri yoxlamaq və onları quraşdırmaq tövsiyə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh