Büdcəli smartfonlar üçün performanslı prosessor hazırlanıb

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənməsinə sahib ekranları, 108 MP-lik kameraları və aktual olan yaddaş standartlarını dəstəkləyir.
Bununla belə bu prosessor büdcəli smartfonlar üçün nəzərdə tutulub. Daxilinə 5G modeminin inteqrasiya olunduğu Dimensity 900 prosessoru 2.4 GHz tezlikdə çalışan 2 ədəd performanslı Cortex-A78 nüvəsinə və 2.0 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsinə sahibdir. Prosessorun arxitekturası elə qurulub ki, o, LPDDR5 RAM yaddaşı standartını və UFS 3.1 daxili yaddaş standartını dəstəkləyir. Bununla yanaşı prosessorun daxilinə Mali-G68 MC4 qrafik çipi inteqrasiya edilib.
Sözügedən qrafik çip isə 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranları dəstəkləyir. Dimensity 900-ün bir kristallı sistemində süni zəka hesablamaları üçün nəzərdə tutulmuş əlavə prosessor reallaşdırılıb. Həmin əlavə prosessor smartfonun enerji effektivliyini yüksəldir və cihazın daha uzun müddət ərzində çalışmasına nail olur. Yeni prosessorun dəstəklədiyi maksimal kamera göstəricisi 108 MP-dir. Dimensity 900-ün digər özəllikləri arasında Wi-Fi 6 standartının dəstəyi, Bluetooth 5.2-nin dəstəyi və 4K keyfiyyətində HDR videoların çəkilişi var. Gözləntilərə əsasən Dimensity 900-ə sahib ilk smartfonlar bu ilin ikinci rübündə təqdim olunacaqlar./technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











