Bütün peyklər sıradan çıxarsa, Yer kürəsində nələr baş verər? - VİDEO

Almaniya Aerokomsik Agentliyi (DLR) Yer kürəsinin orbitində yerləşən bütün peyklərin anidən sıradan çıxmaları halında nələrin baş verəcəkləri haqqında danışıb. Məlum olub ki, bu cür hadisənin baş verəcəyi halda insan sivilizasiyası onlarla illər bundan öncəki zamana qayıdacaq və Yer kürəsində informasiya ilə texnoloji çöküş yaşanacaq. “A Day Without Space” adlı videoda insan sivilizasiyasının kosmik texnologiyalardan necə asılı olduğu barəsində danışılır. Məsələn əgər Avropanın Galileo adlı sisteminin peykləri sıradan çıxsalar, vaxtın dəqiq təyini imkanı itiriləcək.
Bu isə maliyyə böhranına səbəb olacaq. Belə ki, heç kim öz bank hesabından pul çıxarda bilməyəcək. Daha sonra elektroşəbəkələrdə problemlər yaşanacaq və təyyarələrin uçuşları mümkünsüz olacaq. Mobil şəbəkə və internet olmayacaq. Hava proqnozu isə qeyri-dəqiq olacaq. Hava temperaturunun, küləyin sürətinin və digər məlumatların proqnozlaşdırılmasının mümkünsüzlüyü dəqiq iqlim məlumatlarına əsaslanan bütün sahələr üçün uzunmüddətli mənfi təsirlər yaradacaq.
Sürətli tədbirlər görən xidmətlərin çalışmalarında problemlər yaşanacaq. Belə ki, fövqəladə halların vaxtında həll edilməsi prosesi məhdudlaşacaq. Heç kim zəlzələnin gəlişini öncədən anlamayacaq. Meşə yanğınlarının söndürülməsi və daşqınların qarşısının alınması isə daha çətin olacaq. “Kosmik uçuşlar gələcək texnologiyaların inkişaflarında vacib rol oynayan amillərdən biri olublar. Bizim kosmik infrastrukturumuzun qorunması və inkişaf etdirilməsi vacib məsələlərdən biridir. Biz, biliklər üzərində qurulmuş qlobal cəmiyyətdə yaşayırıq və kosmos ən vacib baza və transformasiya xidmətlərini təqdim edir” - deyə DLR təmsilçiləri qeyd ediblər./technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











