Ceff Bezos öz kosmik stansiyasını inşa edəcək

“Amazon”un qurucusu Ceff Bezosun “Blue Origin” şirkəti “Sierra Space” ilə birlikdə kosmik stansiya inşa edəcək.
Layihə 2025-2030-cu illərdə işə salınacaq. Verilən məlumata görə, “Orbital Reef” adlanacaq bu stansiyanı alimlər və kommersiya müştəriləri ziyarət edə biləcək.
Stansiyanın inşa edilməsinə kosmik sənaye liderləri, “Boeing”, “Redwire Space”, “Genesis Engineering Solutions” və Arizona Universiteti dəstək verəcək. Milyarderin sözlərinə görə, “Orbital Reef” müştərilərə kosmik nəqliyyat, logistika və gəmi ekipajı daxil olmaqla, hərtərəfli xidmətlər təklif edən biznes-park kimi fəaliyyət göstərəcək.
“Biz kosmik stansiyanı daha əlçatan edəcəyik, xərcləri azaldacağıq və səyahətləri normallaşdırmaq üçün lazımi olan bütün şəraiti təmin edəcəyik. Dinamik biznes-ekosistem kəşflər, əyləncələr və qlobal məlumatlılıq üçün yeni imkanlar yaradacaq”, – deyə “Blue Origin” şirkətinin perspektiv inkişaf proqramları üzrə vitse-prezidenti Brent Şervud qeyd edib.
Xatırladaq ki, daha əvvəl Bezos “Blue Origin” şirkətinə iki dəfə çox vaxt sərf edəcəyini bildirmişdi. Kosmosa ilk uçuşundan sonra milyarder təkcə çərşənbə günləri deyil, çərşənbə axşamları da şirkətin layihələri üzərində işləməyə başlayıb.///banker.az
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










