Cənubi Koreya özünün “Dəmir günbəz”ini yaradır

Cənubi Koreya Şimali Koreyanın raket-artilleriya hücumlarından müdafiə olunmaq üçün özünün "Dəmir günbəz"ini yaratmağa başlayıb.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, İsrailin “Dəmir günbəz”inə bənzər hava hücumundan müdafiə sistemi 2028-ci ilədək hazır olacaq.
Aşağı hündürlükdə hava hücumundan müdafiə sisteminin (LAMD) hazırlanması layihəsinin büdcəsi 480 milyard Koreya vonu (təxminən 329 milyon ABŞ dolları) qiymətləndirilir. Layihəyə Müdafiə İnkişafı Agentliyi, “LİG Nex1 Co”, “Hanwha Aerospace Co” və “Hanwha Systems Co” kimi şirkətlərə də cəlb olunacaq.
Qeyd edək ki, Cənubi Koreyanın “Dəmir günbəz”i Şimali Koreyanın mümkün raket-artilleriya hücumlarına qarşı müdafiə qabiliyyətinin gücləndirilməsi işlərinin bir hissəsidir. Belə ki, paytaxt Seul da daxil olmaqla Cənubi Koreyanın Şimali Koreya ilə sərhədə yaxın əraziləri sıx məskunlaşmış bölgəsidir. Şimali Koreyanın sərhəd zonasında xeyli sayda raket və uzunmənzilli artilleriya qurğuları yerləşdirməsi Cənubu narahat edir.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












