Chevrolet Equinox modelinin elektrik versiyası debüt edib - FOTO

Chevrolet şirkəti yeni Equinox EV krossoverini təqdim edib. Amerikan istehsalçı onu rəqabətcil yığcam krossover seqmentindəki ən sərfəli elektrik avtomobili olduğunu iddia edir. Ultium platformasına əsaslanan model ön və tam ötürməli ola bilər.
Elektrik krossoveri 483 kilometrə qədər yürüş məsafəsinə və Super Cruise avtopilotunu özündə ehtiva edən zəngin opsional avadanlıqlar siyahısına malikdir. Yığcam elektrik krossoverinin qiyməti də artıq məlumdur: Equinox EV modeli 30 min dollardan başlayan qiymətlərlə satılacaqdır.
Ön ötürməli krossoveri üçün iki batareya seçimi təklif ediləcəkdir, lakin onların tutumu hələlik açıqlanmayıb. Ancaq yürüş məsafəsi məlumdur - 402 və ya 483 kilometr. Tam ötürməli Equinox EV isə, dolu batareya ilə 451 kilometr qət edə biləcəkdir.
Elektromobilin əsasını General Motors konserninə daxil olan markaların elektromobilləri üçün hazırlanmış miqyaslanan Ultium platforması təşkil edir. Bu platformadan GMC Hummer EV və Chevrolet Silverado EV pikaplarının, Cadillac Lyriq və Chevrolet Blazer EV krossoverlərinin istehsalında da istifadə olunur.
Arxa divanın qatlanması halında Equinox EV modelinin baqajına 1614 litrə qədər yük yerləşdirmək olar. Krossoverin standart təchizatına 19-düymlük təkər diskləri, multimedia sisteminin 11-düymlük displeyi və rəqəmsal cihazlar paneli daxildir. Top versiyada təkər disklərinin ölçüsü 21, multimedia sisteminin ekranının diaqonalı isə, 17,7 düymədək böyüyür.
Təchizat və opsiyalar siyahısında həmçinin proyeksiya displeyi, adaptiv kruiz-kontrol, Chevy Safety Assist kompleksi və digər təhlükəsizlik sistemləri, həmçinin ABŞ və Kanadadakı rəqəmsallaşdırılmış magistral yollarda əllərinizi sükandan çəkməyə imkan verən Super Cruise avtopilotu var. Belə yolların ümumi uzunluğu 640 kilometrə çatır. Klimat-kontrol, hətta top versiyada belə iki zonalıdır.
Chevrolet Equinox elektrokarı eyniadlı daxili yanma mühərrikli krossoverinin istehsal edildiyi Meksikadakı zavodda yığılacaqdır. Onun satışlarına düz bir il sonra il - 2023-cü ilin payızında başlanmalıdır. İlkin olaraq orta təchizatlı krossover satışa çıxacaqdır, baza elektrik krossoveri isə, daha sonra bazarda peyda olacaqdır.




İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











