Çin dünyanın ən real quşa bənzər uçan aparatını hazırladı - VİDEO

Texnologiya 11 Mart 2024 17:00 Oxunub 412
Çin dünyanın ən real quşa bənzər uçan aparatını hazırladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çin Mərkəzi Televiziyası (CCTV) dünyanın ən real quşa bənzər ornitopterinin görüntülərini yayımlayıb.

Avtosfer.az xəbər verir ki, mütəxəssislər quş kimi qanadlarını çırparaq uçan yeni pilotsuz aparatın hərbi və mülki tətbiqlərdə böyük potensiala malik olduğunu bildirirlər.
Qeyd edək ki, ornitopter qanadlarını çırparaq uça bilən təyyarələrə verilən addır. "Kiçik Şahin" adlı ornitopterin dizaynı, tədqiqat və təkmilləşdirmə prosesi ilə sınaq mərhələlərini əhatə edən görüntüləri X (keçmiş Twitter) platformasında paylaşılıb. Ornitopter Sian Şimal-Qərb Politexnik Universitetində (NWPU) tədqiqatçılar qrupu tərəfindən hazırlanıb.

CCTV-nin məlumatına görə, "Little Falcon" hərbi kəşfiyyat, ekoloji monitorinq və ətraf mühitin mühafizəsində potensial imkanlara malikdir. Mütəxəssislər hesab edirlər ki, belə dronların vəhşi heyvanları narahat etmə ehtimalı azdır.
Eurasian Times xəbər verir ki, "Little Falcon" kimi pilotsuz təyyarələr quşların uçuş mexanikasını təqlid etmək üçün hazırlanıb və Çin aviasiya texnologiyasında əhəmiyyətli irəliləyiş hesab olunur. Mütəxəssislər qeyd edirlər ki, yüksək hündürlüklərdə biomimetik ornitopterlər həqiqi quşlara o qədər çox bənzəyir ki, onları xüsusi avadanlıq olmadan ayırmaq çətin vəziyyətə gəlir.
Hərbi tətbiqlərə gəldikdə isə, müasir sabit qanadlı təyyarələr və rotorlu gəmilər gizliliklərini təkmilləşdirmək üçün müxtəlif texnologiyalardan istifadə edirlər. Ancaq ornitopterlər quşlara bənzədikləri üçün təbii kamuflyaj qabiliyyətinə malikdirlər. Bu qabiliyyət ornitopterlərə mükəmməl kamuflyaj imkan verir, yəni onları radar və vizual vasitələrlə aşkar etməyi çətinləşdirir.

Lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh